Səhər yeməyinə bu qidanı əlavə EDİN
Səhər yeməyinə avokado əlavə etmək faydalıdır.
Redaktor.az xəbər verir ki, bu haqda kardioloq Sara Aleksandr aif.ru-ya danışıb.
Həkim bildirib ki, bu meyvə xolesterol səviyyəsini azaltmağa və qan təzyiqini normal saxlamağa kömək edir.
Onun sözlərinə görə, həftədə ən azı iki porsiya avokado yeyən insanlarda ürək-damar xəstəlikləri və koroner ürək xəstəliyi riski daha aşağı olur.
Mütəxəssis qeyd edib ki, avokadonun tərkibindəki bitki sterolları xolesterolun azalmasına kömək edir. Meyvə həmçinin antioksidantlar, E vitamini və damar sağlamlığını dəstəkləyən faydalı maddələrlə zəngindir.
Sara Aleksandr avokadonun yüksək lif tərkibinə də diqqət çəkib. O bildirib ki, avokadonun yarısı gündəlik lif ehtiyacının təxminən dörddə birini qarşılayır. Bundan əlavə, meyvədə banandan daha çox kalium var ki, bu da qan təzyiqinin tənzimlənməsinə kömək edir.
Aytəkin TOFİQQIZI












