Gəzintinin faydasını necə artırmaq olar? - Açıqlama
Gəzinti zamanı ağırlıqlı çanta daşımaq məşqin faydasını artırır.
Redaktor.az xəbər verir ki, bu haqda idman fizioloqu Metyu Uelç xəbərdarlıq edib.
Onun sözlərinə görə, yüngül çəkilərlə gəzinti adi yürüşü həm kardio, həm də güc məşqinə çevirir. Bu üsul ürək sağlamlığını, əzələləri və duruşu gücləndirməyə kömək edir.
Mütəxəssis qeyd edib ki, hətta az çəkilər belə gəzintinin effektivliyini artırır. O, bu məşq formasının hərbi təlimlərdən qaynaqlandığını və dözümlülüyü inkişaf etdirdiyini vurğulayıb.
Uelç bədənin həddindən artıq yüklənməməsi üçün məşqlərə yüngül çanta və qısa məsafə ilə başlamağı tövsiyə edib.
Aytəkin TOFİQQIZI












