Təzyiq normadadırsa, ürək sağlamdır? - Kordioloq AÇIQLADI

 09:31 08.06.2026     358

Normal qan təzyiqi göstəriciləri ürək sağlamlığının tam göstəricisi hesab oluna bilməz.

Redaktor.az xəbər verir ki, bu haqda kardioloq Sergey Veçtomov aif.ru-ya danışıb.

Həkimin sözlərinə görə, qan təzyiqi ürək-damar sisteminin vəziyyətini qiymətləndirmək üçün vacib göstərici olsa da, o, ürəyin fəaliyyəti haqqında tam məlumat vermir. Belə ki, normal təzyiq ürək qapaqlarındakı problemləri, gizli aritmiyaları və bəzi digər ürək xəstəliklərini aşkar etmir.

Veçtomov qeyd edib ki, koronar ürək xəstəliyinin erkən mərhələləri, keçiricilik pozğunluqları, müxtəlif aritmiyalar və kardiomiopatiyalar uzun müddət özünü normal təzyiq fonunda göstərə bilər.

Mütəxəssis əlavə edib ki, bəzi hallarda qan təzyiqi istirahət zamanı normal olsa da, fiziki fəaliyyət zamanı kəskin yüksələ, gün ərzində dəyişə və ya gecələr arta bilər.

Kardioloq vurğulayıb ki, normal qan təzyiqi ürək sağlamlığı üçün vacib amildir, lakin ürəyin tam sağlam olduğunu göstərən yeganə meyar deyil.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən