Ani yuxuya getmək gizli sağlamlıq problemi ola bilər
İnsanın hər gecə yatağa girən kimi dərhal yuxuya getməsi düşündüyü qədər müsbət hal deyil.
Redaktor.az xəbər verir ki, bu barədə həkim Ömər Əl-Qəhari bildirib.
Onun sözlərinə görə, sağlam bir yetkin insanın yuxuya getməsi adətən 10–20 dəqiqə çəkir.
Mütəxəssis qeyd edib ki, əgər insan müntəzəm olaraq bir neçə dəqiqə ərzində yuxuya gedirsə, bu, orqanizmdə ciddi yuxu çatışmazlığının əlaməti ola bilər.
Əl-Qəhari vurğulayıb ki, sürətli yuxuya getmə obstruktiv yuxu apnesi, narahat ayaqlar sindromu və ya narkolepsiya kimi yuxu pozğunluqları ilə əlaqəli ola bilər. Bu problemlər yuxunun keyfiyyətini aşağı salır və gün ərzində güclü yuxululuğa səbəb olur.
Mütəxəssis belə halların davamlı olduğu təqdirdə həkimə müraciət etməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI













