Tibb müəssisələri üçün yeni qaydalar: Məlumat ötürülməsi məcburi olacaq
"Tibb Rəqəmsal Əkiz Sisteminin tam tətbiqi üçün bütün dövlət və özəl tibb müəssisələrinin sistemə qoşulması və vətəndaşların sağlamlıq məlumatlarını vahid platformaya ötürməsi məcburi olacaq".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova bildirib.
Onun sözlərinə görə, hazırda bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna dəyişikliklərin edilməsi planlaşdırılır:
"Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə də müvafiq əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Məqsəd tibb müəssisələrinin vahid rəqəmsal sistemə inteqrasiyasını və pasiyent məlumatlarının mərkəzləşdirilmiş qaydada toplanmasını təmin etməkdir".
NURİYYƏ












