Hər gün istifadə etdiyimiz bu qablar xərçəng və şəkər yaradır - XƏBƏRDARLIQ

 22:56 10.06.2026     385

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz plastik qablar və qida qablaşdırmaları insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Redaktor.az xəbər verir ki, ABŞ-nin Nyu-York Universitetinin (NYU) Qrossman Tibb Məktəbinin alimləri bununla bağlı genişmiqyaslı araşdırma aparıblar. Tədqiqatın nəticələri nüfuzlu "The Lancet Diabetes & Endocrinology" jurnalında dərc olunub.

Alimlərin fikrincə, plastik qabların tərkibində olan və "endokrin pozucular" (EDC) kimi tanınan kimyəvi maddələr (məsələn, ftalatlar və bisfenol-A) insan bədəninə daxil olaraq hormon sistemini alt-üst edir.

Plastik qablaşdırmaların səbəb olduğu əsas xəstəliklər:

Tip 2 Şəkərli Diabet: Kimyəvi maddələr insulin müqavimətini artıraraq şəkər xəstəliyinə yol açır.

Piylənmə: Hormonal balansı pozaraq maddələr mübadiləsini zəiflədir və çəki artımını sürətləndirir.

Ürək-damar xəstəlikləri: Damarların elastikliyini itirməsinə və erkən infarkta səbəb olur.

Mütəxəssislər xüsusilə plastik qablarda yemək qızdırmamağı və isti içkiləri plastik stəkanlardan içməməyi şiddətlə tövsiyə edirlər. Yüksək temperatur kimyəvi maddələrin qidaya keçməsini 10 dəfə artırır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən