Avtomobil kondisionerləri sağlamlıq üçün risk yarada bilər - Həkimdən XƏBƏRDARLIQ

 09:45 16.06.2026     409

Avtomobil kondisionerlərinin düzgün qulluq olunmadığı halda sağlamlıq üçün müəyyən risklər yarada biləcəyi barədə xəbərdarlıq edilib.

Redaktor.az xəbər verir ki, bu haqda allerqoloq və immunoloq Yelena Moskaeva aif.ru-ya danışıb.

Mütəxəssisin sözlərinə görə, kondisioner sistemlərində zamanla kif göbələkləri, toz gənələri və müxtəlif allergenlər toplana bilər. Kondisioner işə salındıqda isə bu hissəciklər salon havasına qarışaraq xüsusilə allergiyadan əziyyət çəkən şəxslərdə narahatlıqlara səbəb ola bilər.

Yelena Moskaeva bildirib ki, kondisionerdən gələn xoşagəlməz qoxu, hava axınının zəifləməsi və şüşələrin adi haldan daha tez dumanlanması sistemin yoxlanılmalı olduğunu göstərən əlamətlərdir. O vurğulayıb ki, bu hallar mütləq nasazlıq demək olmasa da, diqqətdən kənarda qalmamalıdır.

Mütəxəssis avtomobil kondisionerlərinin mütəmadi olaraq təmizlənməsini və texniki baxışdan keçirilməsini tövsiyə edib. Onun fikrincə, bu, həm sistemin daha səmərəli işləməsinə, həm də sürücü və sərnişinlərin sağlamlığının qorunmasına kömək edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən