Ürəyinizi qorumaq istəyirsiniz? - Bu qidaları rasionunuza əlavə edin
Ürək və damar xəstəlikləri riskini azaltmağa kömək edən qidalar barədə məlumat verilib.
Redaktor.az xəbər verir ki, bu haqda təcili yardım həkimi Sara Marin Burbell "HuffPost"a danışıb.
Həkim bildirib ki, qoz-fındıq və müxtəlif toxumların qida rasionuna daxil edilməsi ürək tutması riskini azaltmağa kömək edə bilər. Onun sözlərinə görə, bu məhsulların tərkibində olan sağlam yağlar və fitosterollar xolesterolun bağırsaqlarda sorulmasını azaldır və lipid profilini yaxşılaşdırır.
Mütəxəssis həmçinin tam taxıl məhsulları və yulafın müntəzəm istehlakını tövsiyə edib. O qeyd edib ki, yulafın tərkibindəki lif bağırsaq mikroflorasını qidalandırır və xroniki iltihabı azaltmağa kömək edən faydalı maddələrin yaranmasını stimullaşdırır.
Həkim meyvələrin də gündəlik qida rasionunda yer almasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, meyvələrdə təbii şəkərlər olsa da, tərkibindəki lif bu şəkərlərin sorulmasını ləngidir və qanda qlükoza səviyyəsinin kəskin yüksəlməsinin qarşısını alır.
Aytəkin TOFİQQIZI













