Xərçəngi sağaldan pəhriz yoxdur: Onkoloqdan xəbərdarlıq
Onkoloq Vladimir İvaşkov xərçəng müalicəsi zamanı qidalanma ilə bağlı geniş yayılmış miflərə aydınlıq gətirib.
Redaktor.az xəbər verir ki, həkim bu barədə life.ru-ya danışıb.
Həkimin sözlərinə görə, xərçəng əleyhinə pəhrizlərin xəstəliyi müalicə etməsi barədə iddiaların elmi əsası yoxdur. O bildirib ki, heç bir pəhriz sisteminin xərçəngi sağaltması sübut olunmayıb.
Bununla belə, İvaşkov vurğulayıb ki, xəstələrin gücünü və həyat keyfiyyətini qoruması üçün balanslı qidalanma olduqca vacibdir. Onun sözlərinə görə, gündəlik qida rasionu mütləq dietoloqla məsləhətləşərək hazırlanmalıdır.
Onkoloq insanları internetdə yayılan məsləhətlərə və ya tanışların tövsiyələrinə kor-koranə inanmaqdan çəkinməyə çağırıb.
Həkim həmçinin aclığın da təhlükəli olduğunu qeyd edib. O bildirib ki, bədən çəkisinin 5 faizdən çox itirilməsi müalicənin nəticələrinə və xəstənin müalicəyə dözümlülüyünə mənfi təsir göstərə bilər.
"Zülalla zəngin qidalanma lüks deyil, zərurətdir", – deyə İvaşkov vurğulayıb.
Aytəkin TOFİQQIZI













