Ani qəzəb partlayışları immun sistemini 5 saat zəiflədir

 23:39 16.06.2026     330

Gündəlik həyatda tez-tez qarşılaşdığımız stress və ani qəzəb partlayışlarının bədənimizə vurduğu zərər düşündüyümüzdən də dərindir.

Redaktor.az xəbər verir ki, yeni aparılan elmi araşdırmanın nəticələrinə görə, cəmi bir dəqiqəlik güclü qəzəb hissi insan bədənində immun sisteminin fəaliyyətini təxminən 5 saat müddətinə zəiflədir.

Mütəxəssislər izah edirlər ki, qəzəb anında bədəndə stress hormonları (xüsusilə kortizol) pik həddə çatır. Bu da bədənin infeksiyalara və viruslara qarşı müqavimət göstərən antikor istehsalını kəskin şəkildə aşağı salır. Tez-tez əsəbiləşən və emosiyalarını idarə edə bilməyən şəxslərin xəstəliklərə daha tez yoluxduğu və bədənlərinin gec bərpa olunduğu vurğulanır. Həkimlər psixi sağlamlığı qorumağın fiziki sağlamlıq üçün də əvəzolunmaz olduğunu bildirirlər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən