Ürək üçün ən faydalı şokolad hansıdır?

 17:57 17.06.2026     295

Yalnız bir növ şokolad sağlamlıq üçün faydalıdır.

Redaktor.az xəbər verir ki, kardioloq Ayrelio Rojas bu haqda "El Confidencial"a danışıb.

Onun sözlərinə görə, sağlamlıq üçün faydalı şokolad iki əsas xüsusiyyətə malik olmalıdır: acı dadlı olmalı və tərkibindəki kakao miqdarı 70-85 faiz arasında dəyişməlidir.

Həkim bildirib ki, tünd şokoladın müntəzəm və ölçülü istehlakı ürək-damar xəstəlikləri və infarkt riskinin azalmasına kömək edə bilər. Bundan əlavə, o, qan təzyiqi və xolesterol səviyyəsinin normallaşmasına müsbət təsir göstərir.

Rojasın sözlərinə görə, bu faydalar tünd şokoladın güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə əlaqədardır. O qeyd edib ki, məhsul həmçinin damarların normal fəaliyyəti üçün vacib olan azot oksidinin istehsalını artırır.

Bununla belə, kardioloq tünd şokoladın həddindən artıq istehlak edilməməsi barədə xəbərdarlıq edib. Onun tövsiyəsinə əsasən, gündəlik qəbul edilən miqdar 10 qramı keçməməlidir. Bu halda məhsul sağlamlığa fayda verə və əlavə kalori yükü yaratmaya bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən