Gözlərdəki bu əlamətləri görməzdən GƏLMƏYİN

 08:38 19.06.2026     369

Gözün tor qişasının, görmə sinirinin və göz damarlarının müayinəsi bir çox ciddi xəstəliyin ilk əlamətlərini simptomlar ortaya çıxmadan müəyyən etməyə kömək edir.

Redaktor.az xəbər verir ki, bu haqda nevroloq Vinita Banqi bildirib.

Həkimin sözlərinə görə, oftalmoloq müayinəsi zamanı şəkərli diabet və yüksək arterial təzyiqdən şübhələnmək mümkündür. O qeyd edib ki, bu xəstəliklərdən əziyyət çəkən insanlarda göz damarlarında zədələnmələrə tez-tez rast gəlinir.

Banqi əlavə edib ki, bir çox insan görmədə dəyişikliklərə, gözlərin daim qurumasına və ya tez yorulmasına əhəmiyyət vermir. Halbuki bu əlamətlər dağınıq skleroz, beyin şişi, görmə siniri xəstəlikləri və hətta insult kimi ciddi problemlərin ilkin göstəricisi ola bilər.

Mütəxəssis insanların göz sağlamlığına daha diqqətlə yanaşmasını və mütəmadi olaraq oftalmoloji müayinədən keçməsini tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən