Saqqız çeynəməyin gözlənilməz faydası
Çuğundur, ispanaq və kələm kimi nitratla zəngin tərəvəzlərdən sonra saqqız çeynəmək qan təzyiqinin aşağı düşməsinə kömək edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə britaniyalı dietoloq Şarlotta Mills aif.ru-ya danışıb.
Onun sözlərinə görə, bu məhsulların tərkibində olan nitratlar orqanizmdə qan damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır və enerji istehsalını artırır. London Kral Kolleci və Redinq Universitetinin alimlərinin araşdırmasına əsasən, saqqız çeynəmək tüpürcəyin turşuluğunu artıraraq nitratların daha yaxşı mənimsənilməsinə şərait yaradır.
Mütəxəssis qeyd edib ki, bu proses qan təzyiqinin azalmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, o, şəkərli saqqızın həddindən artıq istifadəsinin diş və ürək sağlamlığı üçün zərərli ola biləcəyi barədə xəbərdarlıq edib.
Aytəkin TOFİQQIZI













