Həkimlərdən vacib tövsiyə: Oynaqlar üçün ən faydalı qidalar
Revmatoloqlar oynaq sağlamlığını qorumağa kömək edən qidaları açıqlayıblar.
Redaktor.az xəbər verir ki, həkimlər Amanda Moyer və Kam Şojania bu haqda aif.ru-ya danışıblar.
Mütəxəssislərin sözlərinə görə, qidalanma oynaq xəstəliklərini müalicə etməsə də, simptomların yüngülləşməsinə və ümumi sağlamlığın yaxşılaşmasına kömək edə bilər.
Moyer qoz-fındığın zülal və liflə zəngin olduğunu, buna görə də oynaq problemləri olan şəxslərin qida rasionunda yer almasının faydalı olduğunu bildirib.
Şojania isə zeytun yağını xüsusilə vurğulayıb. Onun sözlərinə görə, bu yağın tərkibindəki oleokantal maddəsi iltihabın azalmasına kömək edir.
Mütəxəssislər həmçinin oynaq sağlamlığını dəstəkləmək üçün yağlı balıq, liflə zəngin qidalar və fermentləşdirilmiş tərəvəzlərin də müntəzəm istehlakını tövsiyə ediblər.
Aytəkin TOFİQQIZI













