"Uşaq bağçalarında virus yükü daha yüksək olur" - Həkimdən AÇIQLAMA

 15:15 24.06.2026     407

"Tez-tez xəstələnmə gigiyena vərdişlərinin çatışmazlığı ilə əlaqədar ola bilər. Lakin hər xəstələnmə gigiyena çatışmazlığı demək deyil".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində keçirilən canlı yayım zamanı uşaqların gigiyenasından danışan Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova bildirib.

Onun sözlərinə görə, gigiyena ilə əlaqəli hallar daha çox əllər yuyulmadıqda ortaya çıxır:

"Xüsusilə yay mövsümündə çirkli meyvələr qida kimi qəbul edildikdə, oyuncaqlar çirkli olduqda, dırnaqlar natəmiz saxlanıldıqda və ya tualet gigiyenasına əməl olunmadıqda xəstəlik riski artır. Bunlar gigiyenik qaydaların kobud şəkildə pozulması hesab olunur və müxtəlif xəstəliklərə səbəb ola bilər. Çünki uşaq çirkli əlləri vasitəsilə bakteriya və virusları ağız boşluğuna ötürə bilər. Amma elə hallar da var ki, burada gigiyena əsas səbəb olmur. Bu, xüsusilə bağçaya gedən uşaqlarda müşahidə edilir. Bildiyiniz kimi, uşaq bağçalarında virus yükü daha yüksək olur. Onu da qeyd edim ki, bağçaya gedən uşağın il ərzində 8-10 dəfə virus infeksiyasına yoluxması normal sayılır. Bu, nə gigiyena çatışmazlığı, nə də immunitet zəifliyi deməkdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən