Yuxuya getmək üçün ideal vaxt neçə dəqiqədir? - Mütəxəssisdən CAVAB

 09:20 25.06.2026     377

Yatağa uzanan kimi dərhal yuxuya getmək sağlam yuxunun deyil, gizli yuxu problemlərinin əlaməti ola bilər.

Redaktor.az xəbər verir ki, bu haqda yuxu üzrə mütəxəssis Mişel Drerup aif.ru-ya danışıb.

Mütəxəssisin sözlərinə görə, normal şəraitdə insanın yuxuya getməsi 10-20 dəqiqə çəkməlidir. Əgər şəxs başını yastığa qoyan kimi yuxuya gedirsə, bu, həddindən artıq yorğunluq və ya yuxusuzluqdan xəbər verə bilər.

Drerup qeyd edib ki, bəzi insanlar özlərində yuxu problemi olduğunu hiss etmirlər. Onlar gündüzlər yorğunluq və diqqət dağınıqlığı yaşasalar da, kifayət qədər yatdıqlarını düşünürlər.

Ekspertin sözlərinə görə, bu vəziyyətə yuxu apnesi (yuxu əsnasında tənəffüsün təkrarlanan şəkildə dayanması və ya dayazlaşması ilə xarakterizə olunan ciddi bir yuxu pozğunluğu), narahat ayaqlar sindromu, kabus pozğunluğu, eləcə də narahatlıq və depressiya səbəb ola bilər. O, belə hallarda həkimə müraciət etməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən