Bu ölkədə isti havaya görə minlərlə əməliyyatı ləğv etmək PLANLAŞDIRILIR

 13:23 25.06.2026     268

Böyük Britaniyada rekord isti hava səhiyyə sistemində ciddi problemlər yaradıb.

Redaktor.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, yüksək temperatur səbəbindən xəstəxanalar xidmətlərini azaltmağa məcbur qalıb və minlərlə əməliyyatın ləğvini planlaşdırır.

Bir sıra tibb müəssisələri artıq fövqəladə vəziyyət elan edib.

Mütəxəssislərin hesablamalarına görə, ən isti günlərdə 1400-4000 arası əməliyyat ləğv oluna bilər. Buna səbəb tibb işçilərinin çatışmazlığı, təhlükəli iş şəraiti və istilərdən zərər çəkən xəstələrin sayının artmasıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən