İnfarkt riskini artıran gözlənilməz amillər - Həkimdən XƏBƏRDARLIQ

 09:13 29.06.2026     369

İnfarkt əksər hallarda qəfil baş verən hadisə kimi görünsə də, onun yaranma riski əsasən insanın gündəlik vərdişlərindən asılıdır.

Redaktor.az xəbər verir ki, bu haqda kardioloq Valeriya Txorikova lenta.ru-ya danışıb.

Həkimin sözlərinə görə, siqaret və spirtli içkinin ürəyə zərərli olduğu məlumdur. Lakin duz, şəkər və trans yağlarla zəngin qidaların qəbulu da "pis" xolesterolun artmasına və yüksək qan təzyiqinə səbəb olaraq infarkt riskini yüksəldir.

Txorikova qeyd edib ki, fiziki aktivliyin az olması da təhlükəli amillərdəndir. Onun sözlərinə görə, oturaq həyat tərzi keçirən insanların infarkt keçirmə ehtimalı hər gün ən azı 30 dəqiqə idman edənlərlə müqayisədə iki dəfə yüksəkdir.

Mütəxəssis yuxunun da ürək sağlamlığında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, gecə 6 saatdan az yatan insanların infarkt keçirmə riski kifayət qədər – yəni 7-9 saat yatanlarla müqayisədə təxminən 20 faiz daha yüksəkdir.

Həkim əlavə edib ki, uzun və gecə növbələrində çalışan şəxslərdə də ürək-damar xəstəlikləri riski artır. Onun sözlərinə görə, gündüz yuxusu belə bu riski əhəmiyyətli dərəcədə azaltmır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən