Həkim yaş dəsmalla bağlı vacib xəbərdarlıq ETDİ
Həkim Kerri Lebenger duşdan sonra bir çox insanın yol verdiyi geniş yayılmış səhvdən danışıb.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.
Onun sözlərinə görə, ən böyük yanlışlardan biri yaş dəsmalı digər çirkli paltarlarla birlikdə paltar səbətinə atmaqdır.
Həkim bildirib ki, nəm dəsmal bakteriya və digər mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaradır. Bu mikroblar daha sonra digər paltarlara da keçə bilər.
Lebenger buna görə də dəsmalların əvvəlcə yaxşı havalanan yerdə tam qurudulmasını, yalnız bundan sonra paltar səbətinə qoyulmasını tövsiyə edib.
Mütəxəssis qeyd edib ki, bu vərdiş həm xoşagəlməz qoxuların yaranmasının qarşısını alır, həm də dəsmalların daha uzun müddət istifadəsinə kömək edir.
Aytəkin TOFİQQIZI













