Beyni səhər necə oyatmaq olar? - Həkimlər izah ETDİ
Rusiyanın Ufa şəhərindəki Müharibə Veteranları Hospitalının həkimləri bildiriblər ki, günə yaxşı əhval-ruhiyyə ilə başlamaq və yaddaşı gücləndirmək üçün səhər saatlarında beyni düzgün şəkildə aktivləşdirmək vacibdir. Onların sözlərinə görə, bu, insanın günə daha müsbət əhval-ruhiyyə ilə başlamasına kömək edir.
Redaktor.az xəbər verir ki,mütəxəssislər oyandıqdan sonra ilk olaraq həyatda baş vermiş üç xoş anı xatırlamağı tövsiyə edirlər sonra isə əvvəlki günün bəzi detallarını yada salmaq məsləhət görülür.
Məsələn, hansı rəngdə fincandan istifadə edildiyini və ya son söhbətin hansı mövzuda olduğunu xatırlamaq yaddaşı məşq etdirir. Bundan əlavə, həkimlər yaddaşı inkişaf etdirmək üçün sadə bir məşq də tövsiyə ediblər. Belə ki, yaxınlarınızdan beş təsadüfi söz demələrini xahiş edin və bir neçə dəqiqə sonra həmin sözləri təkrar etməyə çalışın. Sonda isə yeni bir söz öyrənmək, ona uyğun assosiasiyalar qurmaq və beynin tam oyanması üçün zehnən 30-a qədər, sonra isə geriyə doğru saymaq məsləhət görülür.
Xədicə BAXIŞLI













