Yayda gözlərinizi bu təhlükələrdən qoruyun - XƏBƏRDARLIQ
Yay aylarında göz zədələrinin sayı artır.
Redaktor.az xəbər verir ki, bu barədə oftalmoloq Lidiya Sadulayeva aif.ru-ya danışıb.
Həkimin sözlərinə görə, yay mövsümündə insanlar daha çox ağac və kol budaqları, tozcuqlar, göbələk sporları, ot şirəsi və müxtəlif kimyəvi maddələrin gözə düşməsi səbəbindən xəsarət alırlar.
O bildirib ki, günəş altında uzun müddət qoruyucu eynək və ya papaq olmadan işləmək də göz yanıqlarına səbəb ola bilər.
Mütəxəssis gözləri qorumaq üçün UV 400 qorumalı günəş eynəyi, alət və kimyəvi maddələrlə işləyərkən qoruyucu eynək, həmçinin gözə toz və ya yad cisim düşdükdə istifadə etmək üçün steril göz yuma məhlulu götürməyi tövsiyə edib.
Həkim vurğulayıb ki, göz zədəsi baş verdikdə vaxt itirmədən oftalmoloqa müraciət etmək lazımdır. Onun sözlərinə görə, hətta kiçik görünən zədələr belə ciddi fəsadlara səbəb ola bilər və mütləq həkim müayinəsi tələb edir.
Aytəkin TOFİQQIZI













