Həkimlər qan təzyiqini dərman istifadə etmədən aşağı salmağın yolunu TAPDILAR

 21:41 30.06.2026     358

Xarici kardioloq Solomon V. Biyenstok qan təzyiqini yeriməklə aşağı salmağın dərmansız və effektiv yolunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis düzgün gəzinti texnikasının incəliklərini "Health" jurnalı ilə bölüşüb.

Həkim bildirib ki, insan az hərəkət etsə belə, istənilən gəzinti bədənə fayda verir. Lakin maksimum nəticə əldə etmək üçün saatda təxminən 5 kilometr sürətlə, 20-40 dəqiqə ərzində sürətli addımlarla gəzmək lazımdır.

Biyenstokun sözlərinə görə, ara-sıra uzun məsafələr qət etməkdənsə, daha tez-tez piyada gəzmək daha faydalıdır. O, fikrini sübut etmək üçün həftədə 150 ​​dəqiqə gəzən insanlar üzərində aparılan son araşdırmanı nümunə çəkib. Məlum olub ki, bu müddəti həftədə iki gün yerinə dörd günə bölərək gəzən insanların qan təzyiqində daha çox azalma müşahidə edilib. Kardioloq həmçinin xəbərdarlıq edib ki, gəzintinin müsbət təsiri dərhal bəlli olmur. Təzyiqdə uzunmüddətli və qalıcı irəliləyişi hiss etmək üçün bu vərdişə ən azı üç ay davam etmək şərtdir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən