Uzun yaşamaq istəyənlər üçün vacib XƏBƏRDARLIQ

 15:55 01.07.2026     365

Uzunömürlülük üzrə mütəxəssis, həkim Rafael Qarsiya Quzman ömrü qısaldan əsas amilin könüllü şəkildə yuxudan imtina etmək olduğunu bildirib.

Redaktor.az həkim bu haqda lenta.ru-ya danışıb.

Onun sözlərinə görə, əvvəllər oturaq həyat tərzi və düzgün qidalanmamaq əsas risk faktorları hesab edilsə də, son elmi araşdırmalar yuxu çatışmazlığının daha ciddi təsir göstərdiyini ortaya qoyub.

Həkim bildirib ki, gecə yeddi saatdan az yatmaq qocalmanı sürətləndirir, enerji səviyyəsini azaldır, maddələr mübadiləsini pozur, immun sistemini zəiflədir və beyin sağlamlığına mənfi təsir göstərir.

Quzman əlavə edib ki, yay aylarında kifayət qədər yatmaq daha da vacibdir. Onun sözlərinə görə, isti hava susuzlaşma və yorğunluğu artırır, yuxu çatışmazlığı isə bu problemləri daha da ağırlaşdırır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən