"Səhiyyə islahatları son illərdə kifayət qədər uğurlar qazanıb" - Millət vəkili

 13:18 03.07.2026     648

“Belə bir konqresin ölkəmizdə keçirilməsi özlüyündə Azərbaycanda aparılan səhiyyə islahatlarının real göstəricisidir. Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev tərəfindən müəyyən edilən yol xəritəsinə uyğun olaraq Azərbaycanda icbari tibbi sığorta çərçivəsində səhiyyə islahatları davam etdirilməkdədir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri I Beynəlxalq Türkdilli və Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresində deputat Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, səhiyyə islahatları son illərdə kifayət qədər uğurlar qazanıb:

“Hər bir vətəndaşın səhiyyə xidmətlərinə əlçatanlığı baxımından əvvəllər xəyal kimi görünən bir çox problemlərin həlli artıq ölkəmizdə mümkün olub. Bu yeni yanaşma təkcə səhiyyə xidmətinin vətəndaşa çatdırılması ilə məhdudlaşmır. Eyni zamanda tibbi xidməti göstərən həkimlərin və orta tibb personalının inkişafı, həmçinin səhiyyənin idarə olunmasında müasir dövrün tələblərinə uyğun yeni mexanizmlərin formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb.

Ona görə də düşünürəm ki, belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi, müxtəlif ölkələrdən gəlmiş tibb ekspertlərinin təcrübələrinin yerli mütəxəssislərlə bölüşülməsi, müasir dünyanın diktə etdiyi yeni texnologiyaların, süni intellektin və rəqəmsal imkanların effektiv və təhlükəsiz istifadəsi, eləcə də bu sahədə hüquqi bazanın gücləndirilməsi kimi məsələlər həm ölkəmiz, həm də dünya səhiyyəsi üçün aktualdır. Düşünürəm ki, bu gün və sabah davam edəcək belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi hər birimiz üçün böyük uğurdur”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən