Qanda olan yüksək şəkər beyni daha tez qocaldır? - ARAŞDIRMA

 09:05 08.07.2026     271

Qanda qlükoza (şəkər) səviyyəsinin yüksək olması beynin daha sürətli qocalmasına və bir sıra nevroloji xəstəliklərin riskinin artmasına səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu nəticə Böyük Britaniya Biobankının məlumatları əsasında aparılan və "Molecular Psychiatry" jurnalında dərc olunan araşdırmada ortaya çıxıb.

Alimlər qan analizləri və genetik məlumatlardan istifadə edərək 21 mindən çox insanın beyin sağlamlığını təhlil ediblər. Araşdırma zamanı beynin sürətli qocalması ilə əlaqəli doqquz metabolit müəyyən edilib. Onların arasında ən güclü əlaqə qlükoza ilə müşahidə olunub.

Məlum olub ki, qanda şəkərin yüksək olması beynin boz maddəsinin həcminin azalması, yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi, həmçinin demensiya, Alzheimer, Parkinson, insult, depressiya və narahatlıq riskinin artması ilə əlaqəlidir.

Tədqiqatın müəllifləri bildirirlər ki, qan şəkərinə nəzarət etmək beyin sağlamlığını qorumağa və yaşla bağlı xəstəliklərin qarşısını almağa kömək edə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən