Mayonezin bilinməyən faydaları - Dietoloqdan AÇIQLAMA

 12:15 09.07.2026     255

Mayonez digər bəzi souslarla müqayisədə daha kalorili olsa da, düzgün istifadə edildikdə sağlam qidalanmanın bir hissəsi ola bilər.

Redaktor.az xəbər verir ki, dietoloq Sofi Medlin bu barədə aif.ru-ya danışıb.

Onun sözlərinə görə, mayonezin tərkibində ürək sağlamlığı üçün faydalı olan doymamış yağlar var. Həmçinin bu sous D, A, E və K vitaminlərinin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir.

Dietoloq qeyd edib ki, tam yağlı mayonez bu baxımdan az yağlı növlərdən daha faydalıdır. Lakin onu ölçülü şəkildə qəbul etmək vacibdir.

Ekspert mayonez alarkən məhsulun tərkibinə diqqət yetirməyi, təbii inqrediyentlərdən hazırlanan məhsullara üstünlük verməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən