Pomidorun bilinməyən FAYDALARI
Pomidor ürək sağlamlığı üçün ən faydalı qidalardan biridir.
Redaktor.az xəbər verir ki, bu haqda lenta.ru-ya açıqlamasında kardioloq Aurelio Rojas danışıb.
Həkimin sözlərinə görə, elmi araşdırmalar göstərir ki, daha çox pomidor istehlak edən insanlarda ürək-damar xəstəlikləri və infarkt riski daha aşağı olur.
Rojas qeyd edib ki, pomidorun tərkibində olan güclü antioksidant likopen ürək əzələsini və qan damarlarını zədələnmədən qoruyur. Bu maddə həmçinin qanda xolesterinin səviyyəsini sabit saxlamağa və damarlarda iltihabı azaltmağa kömək edir.
Kardioloq əlavə edib ki, likopen bişmiş pomidordan təzə pomidora nisbətən daha yaxşı mənimsənilir. Buna görə də pomidor sousu və ya bişmiş pomidor yeməkləri də ürək sağlamlığı üçün faydalı hesab olunur.
Aytəkin TOFİQQIZI













