Ən faydalı giləmeyvə hansıdır? - Endokrinoloq açıqladı
Sağlamlıq üçün ən faydalı giləmeyvələrdən birinin adı açıqlanıb.
Redaktor.az xəbər verir ki, endokrinoloq Anastasiya Altunina bu barədə lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, elmi araşdırmalara əsasən qaragilə sağlamlığa faydaları baxımından digər giləmeyvələr arasında ön sıralarda yer alır.
Həkim bildirib ki, qaragilənin tərkibində olan antosiyaninlər güclü təbii antioksidantlardır və orqanizmdə iltihabla mübarizəyə kömək edir. Bu maddələr həmçinin ürək, qan damarları və beynin sağlamlığını dəstəkləyir.
Altunina qeyd edib ki, araşdırmalar həftədə üç və ya daha çox porsiya qaragilə yeyən insanlarda ürək tutması riskinin 32 faiz daha az olduğunu göstərir. Bundan əlavə, qaragilə yaddaşı gücləndirir və insulinə həssaslığı artıraraq 2-ci tip diabet riskinin azalmasına kömək edir.
Endokrinoloq həftədə 3-4 dəfə təxminən 80-100 qram təzə və ya dondurulmuş qaragilə yeməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI













