İsti havalarda bu qidaları seçin - XƏBƏRDARLIQ
İsti havalarda qidalanma qaydalarına diqqət yetirmək sağlamlıq üçün böyük əhəmiyyət daşıyır.
Redaktor.az xəbər verir ki, dietoloq Luis Alberto Zamora "El Confidencial" nəşrinə açıqlamasında yay aylarında qidalanma ilə bağlı iki əsas tövsiyəsini bölüşüb.
Onun sözlərinə görə, ilk növbədə təzə, yüngül və tərkibində su çox olan qidalar seçilməlidir. Dietoloq xiyar, balqabaq, turp, nanə, albalı, çuğundur, kərəviz, qovun və qarpızın yay mövsümü üçün ideal seçim olduğunu bildirib.
Mütəxəssis qeyd edib ki, ikinci vacib qayda ağır, yağlı və müxtəlif souslarla hazırlanmış yeməklərdən uzaq durmaqdır. Belə qidalar isti havada bədəndə istilik hissini daha da artıra bilər.
Luis Alberto Zamora əlavə edib ki, yay aylarında spirtli içkilərin və kofeinin qəbulunu da minimuma endirmək tövsiyə olunur.
Aytəkin TOFİQQIZI













