Xərçəngin ilk siqnalları bunlardır - Həkimdən xəbərdarlıq
Xərçəngin bəzi gizli əlamətləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, onkoloq Violetta Purtsxvanidze aif.ru-ya açıqlamasında xərçəngin erkən mərhələdə özünü göstərə biləcək bəzi əlamətlərindən danışıb.
Həkimin sözlərinə görə, istirahətdən sonra keçməyən xroniki yorğunluq, uzun müddət davam edən iltihab, davamlı öskürək, səsin xırıltılı olması və ağız boşluğunda gigiyenaya baxmayaraq keçməyən ağ örtük diqqətə alınmalıdır.
Purtsxvanidze bildirib ki, bu əlamətlər ilk baxışdan zərərsiz görünsə də, bəzi hallarda xərçəng də daxil olmaqla ciddi xəstəliklərin göstəricisi ola bilər.
Onkoloq əlavə edib ki, menstrual pozuntular, qeyri-adi qanaxma, dərinin və ya selikli qişaların uzun müddət qaşınması, eləcə də HPV testinin müsbət nəticəsi də risk əlamətləri hesab oluna bilər.
Həkim vurğulayıb ki, bu simptomlar hər zaman xərçəng demək deyil. Lakin bəzi hallarda onlar xərçəngönü dəyişikliklərin və ya bədxassəli şişlərin erkən əlaməti ola bilər.
Aytəkin TOFİQQIZI













