Gec yatan insanlarda piylənmə və metabolik pozğunluq riski daha yüksək ola BİLƏR

 21:12 15.07.2026     334

Gec saatlara qədər oyaq qalan insanların daha az sağlam qidalanmağa meyilli olduğu və qarın nahiyəsində piylənmə riskinin daha yüksək ola biləcəyi müəyyən edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Finlandiyanın Oulu Universitetinin alimlərinin apardığı araşdırmada bildirilir.

Tədqiqatın nəticələrinə görə, "gecə quşu" hesab olunan insanlar səhər erkən oyananlarla müqayisədə gün ərzində daha gec qidalanır, daha az qidalı məhsullara üstünlük verir və metabolik sağlamlıq göstəriciləri baxımından daha yüksək risk daşıyırlar.

Alimlər qeyd edirlər ki, yuxu rejimi ilə yanaşı, qidalanma vərdişlərinin və fiziki aktivliyin də sağlamlıq üçün mühüm rol oynadığı nəzərə alınmalıdır. Onların fikrincə, təkcə gec yatmaq xəstəliyə səbəb olmur, lakin bu həyat tərzi uzunmüddətli perspektivdə piylənmə və metabolik problemlərin yaranma ehtimalını artıra bilər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən