"Alkoqoliklərin ürəyi sağlam olur" - Həkim bu fikrə cavab verdi

 22:23 15.07.2026     339

Alkoqoldan sui-istifadə edən insanlarda ürək-damar xəstəliklərinin yaranmadığı barədə geniş yayılmış fikir həqiqəti əks etdirmir.

Redaktor.az xəbər verir ki, bu barədə kardioloq Tamaz Qaqloşvili özünün "Telegram" kanalında bildirib.

Həkimin sözlərinə görə, alkoqoldan mütəmadi və həddindən artıq istifadə edən şəxslərdə qulaqcıqların fibrilyasiyası (aritmiya), ürək çatışmazlığı və arterial hipertoniya riski əhəmiyyətli dərəcədə artır.

Qaqloşvili qeyd edib ki, bəzi hallarda alkoqoldan sui-istifadə edən insanlarda miokard infarktı da baş verə bilər.

Mütəxəssis spirtli içkilərə aludə olan insanların damarlarının "təmiz" olması barədə yayılan fikrin elmi əsası olmadığını vurğulayıb.

Sonda həkim ürək sağlamlığını qorumağa çağıraraq xatırladıb ki, spirtli içkilərin təhlükəsiz dozası mövcud deyil.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən