Sağlamlığın sirri yalnız tərəvəz və meyvədə deyil

 09:06 16.07.2026     320

Dietoloq Daniel M. Devis sağlam qidalanma ilə bağlı geniş yayılmış fikirlərdən birini təkzib edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, sağlam qalmaq üçün hər həftə mütləq 30 növ bitki mənşəli qida qəbul etmək lazım deyil. O bildirib ki, bu fikir bir araşdırmanın nəticələrinin yanlış şərh edilməsindən yaranıb.

Devis izah edib ki, araşdırmada çoxlu meyvə və tərəvəz qəbul edən insanların fiziki vəziyyətinin daha yaxşı olduğu müşahidə edilib. Lakin bu nəticəni yalnız bitki mənşəli qidalanma ilə əlaqələndirmək düzgün deyil.

"Həftədə 30 növ tərəvəz yeyən insanlar, çox güman ki, sağlamlıqlarını qorumaq üçün bir çox başqa faydalı vərdişlərə də əməl edirlər", – deyə ekspert bildirib.

O vurğulayıb ki, müxtəlif bitki mənşəli qidaların rasiona daxil edilməsi faydalıdır. Bununla yanaşı, sağlam həyat tərzi yalnız qidalanmadan ibarət deyil. Keyfiyyətli yuxu, stressin düzgün idarə olunması və müntəzəm fiziki aktivlik də sağlamlığın qorunmasında mühüm rol oynayır.

Devisin sözlərinə görə, insan orqanizminə kompleks yanaşma uzunmüddətli sağlamlıq üçün daha vacibdir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən