Gecə tərləməsi hansı xəstəliklərin xəbərçisi ola bilər? - Həkimdən XƏBƏRDARLIQ

 09:13 17.07.2026     300

Gecə tərləməsi hər zaman isti havanın və ya yüksək temperaturun nəticəsi olmaya bilər. Bəzi hallarda bu hal ciddi xəstəliklərin ilk əlamətlərindən biri hesab olunur.

Redaktor.az xəbər verir ki, bu barədə ümumi praktikant Əmir Xan "Daily Mirror" nəşrinə danışıb.

Həkimin sözlərinə görə, gecə tərləməsi menopoz və perimenopoz, vərəm və HİV kimi infeksiyalar, bəzi xərçəng növləri, xüsusilə limfoma, eləcə də obstruktiv yuxu apnesi, qan şəkərinin pozulması və qalxanabənzər vəz xəstəlikləri ilə əlaqəli ola bilər.

"Əgər gecənin bir yarısı islanmış halda oyanırsınızsa, bu, sadəcə narahatlıq deyil, orqanizmin xəbərdarlıq siqnalı ola bilər", – deyə mütəxəssis bildirib.

Əmir Xan qeyd edib ki, isti havalarda və ya həddindən artıq isti otaqda yatarkən baş verən gecə tərləməsi əksər hallarda təhlükəli sayılmır. Lakin bu hal mütəmadi təkrarlanırsa və çəki itkisi, qızdırma, yorğunluq, limfa düyünlərində şişkinlik kimi əlamətlərlə müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən