Çəki atmaq istəyənlər bu səhvə yol verməsin - Həkimdən ÇAĞIRIŞ

 17:38 17.07.2026     427

"Arıqlama çaylarını, kofelərini içməkdənsə, birbaşa olaraq qidanı düzəldib, bağırsağı tənzimləmək daha düzgün olar. Çünki belə çaylar bağırsağın sürüşkənliyinə gətirib çıxara bilər. Bağırsaq özü işləməməyə, işlədilməyə öyrəşir. Bu, bir müddət sonra, çox təəssüf ki, bağırsağın artıq öz funksionallığını itirməsinə və daimi müdaxilə tələb olunmasına səbəb olur. Bu da, əmin olun ki, heç də yaxşı hal deyil".

Bu fikirləri Redaktor.az-a açıqlamasında həkim-terapevt Günay Lətifova arıqlamaq üçün müxtəlif üsullardan istifadə olunmasından danışarkən səsləndirdi.

Onun sözlərinə görə, arıqlamaq üçün klizma və qusmadan istifadə etmək də yaxşı seçim deyil.

"Ümumiyyətlə, hər orqanizmin hər məhsula, hər preparata, hər ota qarşı allergiyası olmaya bilər demək düzgün deyil. Ona görə də tövsiyə edərdik ki, biz bu çaylardan və sairədən əlavə, qida rejimini düzəltməyə üstünlük verək. Hər kökəlməyin başında mütləq bir xəstəlik olur. Ya hormonal disbalansdır, ya da həzm sisteminin disbalansıdır. Bunların hamısını tarazlayacaq şey kalori defisitidir. Yəni kalori defisiti yaradanda, şəkərdən, şirniyyatdan yavaş-yavaş əl çəkdikdə, karbohidratların istehlakını azaltdıqda insanlar çəki atmağa başlayırlar. Eyni zamanda, aktiv həyat tərzi də lazımdır. Bol su istehlakını demirəm. Niyə? Çünki elə insanlar var ki, onlara çox su içmək olmaz. Bu mövzuda bir az endokrinoloqun müayinəsi lazımdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən