1 yaşa qədər uşaqlara bu meyvələri vermək olmaz - XƏBƏRDARLIQ

 11:54 20.07.2026     340

Yay aylarında körpə uşaqlara meyvə verilməsi məsələsi valideynlər arasında tez-tez müzakirə olunur. Lakin bəzi hallarda valideynlər uşaqlara yaşlarına və sağlamlıq vəziyyətlərinə uyğun olmayan meyvələr verə bilirlər.

Bəs yay aylarında körpə uşaqlara hansı meyvələri vermək olmaz?

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı həkim-pediatr Günay Rəsulova sosial media hesabında paylaşım edib. 

Həkimin sözlərinə görə, 1 yaşa qədər körpələrə vişnə, gilas, tut və çiyələk vermək olmaz:

"Qarpızı da iyulun sonundan, avqustun əvvəlindən tez vermirik. Qeyd etdiyim amillərə diqqət etmək lazımdır. Bəs 1 yaşa qədər uşaqlara hansı meyvələri yedizdirə bilərik? Tüksüz şaftalı, alma – sarı alma, yaşıl alma, banan, armud və gavalı kimi meyvələri uşaqlarımıza rahatlıqla yedizdirə bilərik. Amma əvvəl sadaladığım meyvələri çalışırıq ki, 1 yaşa qədər verməyək. Təbii ki, bu siyahıya sitrus meyvələri də aiddir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən