Uşaqları günün hansı saatlarında günəşə çıxarmaq olar? - Həkim AÇIQLADI
Yay aylarında uşaqların günəşə çıxarılması məsələsi xüsusilə aktualdır. Valideynləri maraqlandıran əsas suallardan biri isə uşaqları günün hansı saatlarında günəşə çıxarmağın daha təhlükəsiz olmasıdır.
Redaktor.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
"İlk 6 ayda uşaqları havaya çıxarsanız da, günəş birbaşa dərilərinə düşməməlidir. Buna diqqət etmək lazımdır. Çünki ilk 6 ayda uşağın dəri baryeri və qorunması hələ tam formalaşmayıb, ultrabənövşəyi (UV) şüalara qarşı çox həssas olur. 6 aydan sonra isə qızmar yay günlərində səhər saat 11-ə qədər, eyni zamanda saat axşam 5 və ya 6-dan sonra günəşə çıxara bilərsiniz. Günəş dərilərinə təmas edirsə, mütləq 6 aydan sonra SPF qoruyucu kremdən istifadə edin. Ondan sonra havaya çıxartsanız, daha yaxşı olar", - deyə həkim qeyd edib.
Aytəkin TOFİQQIZI













