Həkim yuxu üçün ən təhlükəli pozanı AÇIQLADI

 21:42 20.07.2026     365

Pulmonoloq və somnoloq Sergey Lojkin yuxu zamanı ən təhlükəli hesab etdiyi pozanı açıqlayıb.

Redaktor.az xəbər verir ki, həkimin yatmaq üçün ən arzuolunmaz vəziyyət qarınüstü uzanmaq olduğunu bildirib.

O bildirib ki, bu zaman mədə turşusunun qida borusuna geri qayıtması riski artır, həmçinin boyun nahiyəsinə ciddi yük düşür.

“Boyun bir neçə saat ərzində burulmuş vəziyyətdə qalır. Bu isə əlavə gərginlik yaradır və səhər oyandıqdan sonra ağrı, hərəkət məhdudiyyəti ilə nəticələnə bilər”, - deyə Lojkin vurğulayıb.

Həkim qeyd edib ki, qarınüstü yatmaq xüsusilə bir yaşadək uşaqlar üçün təhlükəlidir. Onun sözlərinə görə, körpələrin bu vəziyyətdə yatması boğulma (asfiksiya) riskini artırır və həyati təhlükə yarada bilər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən