Uzun yaşamaq istəyənlər səhərlər bunları etməlidir - TÖVSİYƏ
Uzun və sağlam ömür sürmək üçün düzgün gündəlik rejimə əməl etmək vacibdir.
Redaktor.az xəbər verir ki, ümumi praktikant Dominik Qrinyer uzunömürlülüyə kömək edən bir sıra vərdişləri açıqlayıb.
Həkim hər gün eyni vaxtda oyanmağı tövsiyə edib. Onun sözlərinə görə, sabit yuxu rejimi enerji səviyyəsinə, hormonal balansına və yuxu keyfiyyətinə müsbət təsir edir.
Mütəxəssis oyandıqdan sonra ilk 30 dəqiqə ərzində çölə çıxmağı da məsləhət görüb. Səhər gün işığının bioloji ritmi tənzimlədiyi və yuxu keyfiyyətini yaxşılaşdırdığı bildirilib.
Həkim səhər yeməyində zülalla zəngin qidalara üstünlük verməyi, qəhvədən əvvəl isə bir stəkan su içməyi tövsiyə edib.
Səhər idmanı ilə məşğul olmaq, həmçinin yuxudan oyanan kimi elektron poçtu və sosial şəbəkələri yoxlamamaq da uzunömürlülüyə faydalı vərdişlər sırasında göstərilib.
Aytəkin TOFİQQIZI













