Kardioloq xəbərdarlıq etdi: Bu qidalar damarları tıxaya bilər
Bəzi qidaların müntəzəm və həddindən artıq istifadəsi ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, amerikalı kardioloq Sirişa Vadali ürək üçün zərərli olan qidalar barədə danışıb.
Həkimin sözlərinə görə, kolbasa və digər emal olunmuş ət məhsulları ürək-damar sistemi üçün təhlükəli ola bilər. Bu məhsulların doymuş yağ, natrium və konservantlarla zəngin olduğu bildirilir.
Kardioloq qeyd edib ki, emal olunmuş ətlərin müntəzəm istehlakı “pis” xolesterinin və qan təzyiqinin artmasına, həmçinin orqanizmdə iltihabın yaranmasına səbəb ola bilər. Uzun müddət həddindən artıq istifadə isə qan damarlarında lövhələrin əmələ gəlməsi riskini artıra bilər.
Mütəxəssis kolbasa və digər emal olunmuş ət məhsullarının yağsız quş əti, balıq və paxlalılarla əvəzlənməsini tövsiyə edib. Həkim vurğulayıb ki, əsas məsələ bu məhsullardan istifadədə həddi qorumaqdır.
Aytəkin TOFİQQIZI













