Uşaqlarda B12 çatışmazlığı özünü necə göstərir? - Açıqlama
B12 vitamini uşaqların normal inkişafı və sağlamlığı üçün vacib vitaminlərdən biridir. Bəzən valideynlər uşaqlarda B12 çatışmazlığının olub-olmadığını bilmirlər.
Maraqlıdır, bəs uşaqlarda B12 çatışmazlığı özünü hansı əlamətlərlə göstərir?
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı həkim-pediatr Günay Rəsulova sosial media hesabında paylaşım edib.
"B12-si az olan uşaqlarda əsəbilik, oyanıqlıq, narahatlıq, yuxu pozğunluqları və iştahsızlıq kimi hallar ola bilər. Ən çox da yuxu narahatlıqları və uşaqda səbəbini bilmədiyimiz bir narahatlıq varsa, B12 çatışmazlığını mütləq düşünmək lazımdır. B12 çatışmazlığı zamanı qan da aşağı düşə bilər. Çünki B12 çatışmazlığına bağlı meqaloblastik anemiyalar da görülür. Ona görə uşaqların rutin müayinələrində B12-ni qətiyyən unutmamalıyıq. Mütləq qan analizində şübhə varsa, B12 yoxlanılmalı, çatışmazlıq varsa, müalicə olunmalıdır".
Aytəkin TOFİQQIZI













