Miqren zamanı bu səhvləri etməyin - Xəbərdarlıq

 15:37 22.07.2026     282

Miqren tutması zamanı insanların etdiyi bəzi səhvlər ağrının daha da güclənməsinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, nevroloq Nataliya Kadımova miqren zamanı ən çox edilən səhvlər barədə danışıb.

Onun sözlərinə görə, əsas səhvlərdən biri ağrıkəsici qəbulunu gecikdirmək və ağrının öz-özünə keçməsini gözləməkdir. Bu zaman miqren tutması daha da şiddətlənə və ağrını aradan qaldırmaq çətinləşə bilər.

Həkim bildirib ki, miqrenin müalicəsinə tutmanın ilk əlamətləri başlayan kimi başlamaq daha məqsədəuyğundur.

Digər geniş yayılmış səhv isə ağrıkəsicini çox az dozada qəbul etməkdir. Bu halda ağrı tam keçməyə və tutma yenidən təkrarlana bilər.

Bununla yanaşı, mütəxəssis ağrıkəsicilərin həddindən artıq və nəzarətsiz qəbul edilməsinin də təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, dərmanların tez-tez istifadəsi dərman mənşəli baş ağrılarına səbəb ola və miqreni daha da ağırlaşdıra bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən