Yuxuya getməkdə çətinlik çəkənlər üçün sadə üsul
Amerikalı psixoloq və nevroloq Şelbi Harris tez yuxuya getmək və insanı narahat edən düşüncələrdən uzaqlaşmaq üçün sadə üsul təklif edib.
Redaktor.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bunun üçün hər hansı bir kateqoriya seçmək və həmin kateqoriyaya aid sözləri əlifba sırası ilə xatırlamaq lazımdır.
Məsələn, “yemək” kateqoriyasını seçən şəxs “badımcan”, “qarpız”, “göbələk”, “hamburger” və digər sözləri əlifba sırası ilə düşünə bilər.
Harris bildirib ki, bu üsul beynin diqqətini başqa istiqamətə yönəldir və obsesif düşüncələrdən uzaqlaşmağa kömək edir.
Onun sözlərinə görə, bu metod 1989-cu ildə filosof Lük P. Baudouin tərəfindən hazırlanmış “koqnitiv qarışdırma” texnikasının dəyişdirilmiş formasıdır. Bu üsulda insanın beyninə neytral bir tapşırıq verilir və onun diqqəti narahatedici fikirlərdən yayındırılır.
Aytəkin TOFİQQIZI













