Qırmızı ətə güclü istək bu xəstəliyin əlaməti ola bilər
Qırmızı ətə - mal əti və ya quzu ətinə - tez-tez və güclü istək dəmir çatışmazlığı və ya zülal çatışmazlığının əlaməti ola bilər.
Redaktor.az xəbər verir ki, bu haqda qastroenteroloq Yekaterina Kaşux aif.ru-ya açıqlamasında xəbərdarlıq edib.
"Dəmir səviyyəsinin aşağı olması anemiyaya səbəb olur və simptomlarına solğunluq, enerji itkisi və qeyri-adi dad üstünlükləri daxildir. Yeməklərə daim duz əlavə etmək vərdişi və marinadlara olan sevgi elektrolit balansının pozulmasını göstərə bilər", - deyə o əlavə edib və bildirib ki, duz bədən tərəfindən nəmi saxlamaq və su-duz balansını bərpa etmək üçün istifadə olunur.
Həkim qeyd edib ki, turş qidalara (limon və ya kələm turşusu) qəfil istək mədə turşuluğunun kifayət qədər olmamasını göstərə bilər. Bu, həmçinin turşuluğun azalması ilə müşayiət olunan qastritin erkən əlaməti ola bilər.
Aytəkin TOFİQQIZI













