Nevroloq gənclər arasında insultun artmasının əsas səbəblərini açıqladı

 21:01 27.07.2026     392

Əvvəllər insult əsasən yaşlı insanların xəstəliyi hesab olunsa da, son illərdə bu diaqnoz 45 yaşdan aşağı şəxslər arasında da daha tez-tez qeydə alınır.

Redaktor.az xəbər verir ki, bu barədə nevroloq Olqa Zinçeva açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, gənclər arasında insult hallarının artmasının əsas səbəblərindən biri həyat tərzidir.

"Əsas risk amillərindən biri siqaret çəkmək və alkoqoldan sui-istifadədir. Nikotin damar divarını zədələyir, aterosklerozun inkişafına səbəb olur və qanın qatılığını artırır. Böyük miqdarda alkoqol isə arterial təzyiqin kəskin dəyişməsinə və ürək ritminin pozulmasına gətirib çıxara bilər", – deyə Zinçeva xəbərdarlıq edib.

Nevroloq əlavə edib ki, piylənmə və oturaq həyat tərzi də insult riskini əhəmiyyətli dərəcədə artırır.

Onun sözlərinə görə, artıq çəki hipertoniyanın, şəkərli diabetin və lipid mübadiləsinin pozulmasının yaranma ehtimalını yüksəldir. Bu xəstəliklər zamanla damarları zədələyir, fiziki aktivliyin az olması isə vəziyyəti daha da ağırlaşdırır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən