108 yaşlı qadın sağlam və uzun həyat üçün bunları EDİR
ABŞ-də yaşayan 108 yaşlı Syuzan Yanq Braun uzun ömür sürməsinin bəzi sirlərini açıqlayıb.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, 1918-ci ildə Delaver ştatında anadan olan Braun 70 ildən artıqdır ki, eyni evdə yaşayır. O, hələ də avtomobil idarə edir və sürücülük vəsiqəsini 2033-cü ilə qədər yeniləyib.
Braun uzunömürlülüyündə hərəkətli həyat tərzinin mühüm rol oynadığını düşünür. O, hər səhər dartınma və döşək üzərində məşqlər edir, ayaqlarını gücləndirmək üçün hərəkətlər yerinə yetirir. Həmçinin həftədə üç dəfə rəqs dərslərinə qatılır.
Onun digər qaydası isə sağlam qidalanmaqdır. Braun hər gün alma yeyir, toyuq, şaftalı və qaragilə sevir. Qara qəhvə və zoğal suyu içir, qızardılmış yeməklərdən, şəkərdən və spirtli içkilərdən uzaq durur.
108 yaşlı qadın zehnini də aktiv saxlamağa çalışır. O, kitab oxuyur, tapmacalar həll edir və kilsəyə gedir. Braun həmçinin müstəqil yaşamağın, yeni yerlər görməyin və dünyagörüşünü genişləndirməyin vacib olduğunu düşünür.
Aytəkin TOFİQQIZI













