Buz çeynəyənlərə həkimdən XƏBƏRDARLIQ
Yay aylarında sərinləmək üçün buz çeynəmək vərdişi dişlər üçün ciddi problemlərə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bunu stomatoloq Marqarita Uzakova lenta.ru-ya açıqlamasında deyib.
Həkimin sözlərinə görə, buz çox sərt olduğundan onu çeynəmək dişlərə əlavə təzyiq yaradır. Bu isə diş minasının zədələnməsinə, hətta çatlamasına və qırılmasına səbəb ola bilər.
Bundan əlavə, buzun yaratdığı kəskin temperatur dəyişiklikləri diş minasına mənfi təsir göstərə və görünməz mikroçatlara səbəb ola bilər. Buz çeynəmək çənə oynağına da əlavə yük yaradır və mövcud problemləri daha da ağırlaşdıra bilər.
Stomatoloq buz çeynəmək istəyənlərə alma və ya kök kimi xırtıldayan qidalara üstünlük verməyi məsləhət görüb. Soyuq içkiləri isə mümkün qədər samanla içmək tövsiyə olunur.
Uzakova bildirib ki, davamlı olaraq buz çeynəmək istəyi paqofagiya adlanır və dəmir çatışmazlığı anemiyasının əlaməti ola bilər. Belə hal müşahidə edilərsə, həkimə müraciət edərək hemoglobin və ferritin səviyyələrini yoxlatdırmaq məsləhətdir.
Aytəkin TOFİQQIZI













