Mikrodalğalı sobada bu qablardan istifadə etməyin - Ekspertdən xəbərdarlıq

 16:46 29.07.2026     419

Mikrodalğalı sobada hər plastik qabdan istifadə etmək olmaz. Uyğun olmayan qablar qızdırıldıqda deformasiyaya uğraya və möhkəmliyini itirə bilər.

Redaktor.az xəbər verir ki, bunu kimya üzrə mütəxəssis Andrey Doroxov bildirib.

Onun sözlərinə görə, qidanı plastik qabda qızdırmaq hər zaman təhlükəli deyil. Əsas məsələ qabın mikrodalğalı sobada istifadəyə uyğun olub-olmamasıdır.

Ekspert bildirib ki, belə qabların üzərində adətən mikrodalğalı soba işarəsi və ya “Mikrodalğalı sobada istifadəyə yararlı” yazısı olur.

Bu işarə yoxdursa, həmin qabda qidanı qızdırmaq məsləhət görülmür.

Mütəxəssis xüsusilə birdəfəlik qablardan, plastik stəkanlardan, boş qida qablaşdırmalarından və mənşəyi bilinməyən qablardan mikrodalğalı sobada istifadə etməməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən