Yayda qan təzyiqini aşağı salan qidalar - Mütəxəssis açıqladı

 09:53 31.07.2026     315

Bəzi meyvə, tərəvəz və giləmeyvələr qan təzyiqinin normal səviyyədə saxlanmasına kömək edə bilər. Yay mövsümü isə bu məhsulları gündəlik qida rasionuna əlavə etmək üçün əlverişli vaxtdır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, həkin İrina Lyalinanın sözlərinə görə, bu baxımdan kaliumla zəngin qidalar xüsusilə faydalıdır. Kalium orqanizmdən artıq mayenin xaric olunmasına kömək edərək qan təzyiqinin aşağı düşməsinə təsir göstərə bilər.

Banan, ispanaq və avokado kaliumla zəngin qidalar sırasındadır. Papaya və kokos da bu baxımdan faydalı hesab olunur.

Giləmeyvələrdən isə çiyələk, moruq və qarağat damar sağlamlığını dəstəkləyən kalium və antosiyaninlərlə zəngindir. Qaragilə, yemişan və hanımeli də qan təzyiqinə faydalı təsir göstərə bilən məhsullar sırasındadır.

Tərəvəzlər arasında sarımsaq, soğan, qabıqlı bişmiş kartof, yarpaqlı göyərtilər və balqabaq xüsusilə qeyd olunur.

Mütəxəssis bildirib ki, qan təzyiqinə nəzarət yalnız qidalanmadan asılı deyil. Bunun üçün duz qəbulunu azaltmaq və bədən çəkisini nəzarətdə saxlamaq da vacibdir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən