Uşağınızla tətilə gedirsiniz? - Bunları mütləq götürün

 17:03 04.08.2026     448

"Tətilə uşaqla gedən valideynlərin yanında mütləq termometr və qızdırmanı salmaq üçün dərman və ya şam olmalıdır".

Redaktor.az xəbər verir ki, bunu həkim-pediatr Günay Rəsulova sosial şəbəkə hesabında səsləndirib.

"Həkimlə dozasını məsləhətləşdiyiniz allergiya damcısı da olmalıdır. Ağcaqanad dişləmələrinə qarşı sprey və ya krem də lazımlıdır. Ağcaqanad dişləyərsə də, sonradan narahatlığı aradan qaldırmaq üçün qaşınmanı aradan qaldıran gel lazımlı olur. Körpəniz 6 aydan böyükdürsə, günəşlənəcəksə, SPF kreminiz və bişməcə əleyhinə kreminiz mütləq olsun. Qarın getmə, qusma kimi xoşagəlməz hallar yaşanarsa, bir probiotik olmalıdır ki, körpənizə kömək edə biləsiniz".

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən